[:az]Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Adil İsmayılovun bir il müddətinə vəkillik fəaliyyətinin dayandırılması barədə 9 sentyabr 2019-cu il tarixli qərarını ləgv edib. Bu barədə vəkil özünün Facebook hesabında məlumat paylaşıb:
“Bundan sonraki fəaliyyətimi əsasən vəkilliyin inkişafına, vəkilin cəmiyyətdə layiq olduğu yeri tutmasına , vəkil kimi mənə ehtiyacı olanların hüquqlarının qorunmasına yönəldəcəm”
Xatırladaq ki,9 sentyabr 2019-cu ildə Vəkillər Kollegiyasının Rəyasət Heyəti Adil İsmayılovun vəkillik fəlaiyyətini bir il müddətində dayandırmışdı. Vəkilin fəaliyyətinin dayandırılmasına səbəb kimi isə kollegiyanın üzvü Sahil Quliyevin şikayəti olub. Məlumatda bildirilir ki, kollegiya rəhbərliyinə yaxın olan Sahil Babayev ərizəsində Adil İsmayılovun guya onu təhqir etdiyini göstərib.
[:]