[:az]Hüseyn Abdullayev: ‘Həbsxananın içində həbsxanada saxlayırlar məni…'[:]

tərəfindən Gozetci

[:az]Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin vəkili deyir ki, onun Türkiyədə saxlanıb Azərbaycana təhvil verilməsi qanunsuz olub. Çünki həmin vaxt onun barəsində İnterpol xəttiylə beynəlxalq axtarış qərarı olmayıb. Ona görə də Türkiyənin bu addımından beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə şikayət olunub. Bu barədə sabiq deputatın vəkilləri sentyabrın 24-də H.Abdullayevin məhkəməsində danışıblar.

Prokuror H.Abdullayevə qarşı ittihamların sübuta yetirildiyini deyərək, ona 8 il həbs cəzası istəyib. Ancaq vəkillər razılaşmır, bildirir ki, ortada heç bir sübut yoxdur.

«İstintaq dövründə sübutlar saxtalaşdırılıb. Hüseyn Abdullayevə digər təqsirləndirilən Pərviz Kazımovun «eşitmişəm» sözüylə ittiham verilib. Bu adam 2001-ci ildən bəri qara metallurgiya biznesiylə məşğul olmayıb, sonradan da ölkədən çıxıb gedib. Şirkətlərin idarəçiliyi onda olmayıb. Ona cinayət yoluyla əldə olunmuş vəsaitləri ölkədən çıxarıb xarici banklarına yerləşdirməklə bağlı ittiham verilib. Amma vəsaitlərin leqallaşdırıldığını təsdiqləyən heç bir sənəd-sübut yoxdur», – vəkillərdən Elnur Vəliyev belə deyib.

Sabiq deputat həm də ölkədən çıxışına qadağa qoyulmuş anası Zeynəb Abdullayevanın sərhəddən buraxılması üçün sərhədçilərlə sövdələşməkdə təqsirləndirilir. Vəkil deyir ki, bu da doğru deyil: «Dövlət Sərhəd Xidmətinin əməkdaşları da burada bildirdilər ki, Hüseyn Abdullayevi görməyiblər, telefonla danışmayıblar».

Başqa bir vəkil Cavid Rzazadə isə müvəkkilinin Türkiyədə saxlanmasından danışıb. Deyib ki, onu Türkiyədə küçədə gəzdiyi yerdə tutublar, həmin vaxt da beynəlxalq axtarış qərarı olmayıb. Vəkilin sözlərinə görə, onun Türkiyədən Azərbaycana ekstradisiyası ilə bağlı da məhkəmə qərarı olmayıb: «Bütün bu qanunsuzluqlar və uyğunsuzluqlarla bağlı həm Azərbaycanın, həm də Türkiyənin addımlarından BMT-yə şikayət göndərmişik».

Vəkil H.Abdullayevin saxlandığı Bakı İstintaq Təcridxanasında ona qarşı münasibətdən də gileylənib. Deyib ki, onun bütün yazışmaları yoxlanılır, müxtəlif dövlət orqanlarına ünvanladığı məktublar göndərilmir, yox edilir.

H.Abdullayevin yaxınlarıyla görüş, telefonla danışmaq hüququnun məhdudlaşdırıldığını vurğulayan C.Rzazadənin sözlərinə görə, onun vəkilləri də qanunsuz yoxlamaya məruz qalır:

«Hər görüşdən sonra vəkillərinin əşyaları və üstləri yoxlanılır. Hüseyn Abdullayevin saxlandığı kamerada Penitensiar Xidmətin iki əməkdaşı olur. 5 kvadratmetrlik kamerada növbəli şəkildə Hüseyn Abdullayevlə birgə qalırlar».

Bu zaman Hüseyn Abdullayev yerindən belə deyib: «Həbsxananın içində həbsxanada saxlayırlar məni…».

Məhkəmə sentyabrın 26-da davam edəcək.

Azadllıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az