Portalın Məqsədi
“Gözətçi” veb portalının məqsədi Azərbaycanda insan hüquqları, xüsusən də mülki və siyasi hüquqlarla bağlı məlumat bolluğunun yaradılması, ölkədə vətəndaş hüquqlarının pozulması halları barədə dövlət orqanlarının hesabatlılığının artırılmasına yardım etməkdir.
Portalda ölkə vətəndaşlarının fərdi şikayətləri üçün xüsusi forma yaradılıb. İstənilən şəxs müvafiq qaydalara əməl etməklə onun üzləşdiyi, yaxud başqalarına münasibətdə rastlaşdığı hüquq pozuntuları barədə bu formanı doldurub məlumat göndərə bilər. Bu məlumata əlavə olaraq foto və video materiallar da göndərilə bilər.
Portalda dövlət orqanları, Milli Məclisin fəaliyyəti ilə yanaşı vətəndaş cəmiyyəti qurumları, siyasi partiyalar, beynəlxalq qurumların mülki və siyasi hüquqlarla bağlı tədbirləri, sənədləri və açıqlamaları barədə məlumatlar təqdim edilir.
Bu portal Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin 2012-ci ildə Avropa Komissiyasının dəstəyi ilə həyata keçirilən layihəsi çərçivəsində fəaliyyətə başlayıb. Hazırda portal könüllü əsaslarla fəaliyyət göstərir.
Portalın koordinatoru Anar Abdullayevdir.