Əhməd Məmmədlinin işi üzrə hazırlıq iclası keçirilib

tərəfindən Gozetci

Əhməd Məmmədli

 

Avqustun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Əhməd Məmmədlinin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Müdafiə tərəfi vəsatət qaldıraraq cinayət işinə xitam verilməsini və Əhməd Məmmədli barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

Ancaq məhkəmə bu vəsatəti təmin etməyib və işin məhkəmə baxışına göndərilməsi barədə qərar qəbul olunub.

Növbəti iclas sentyabrın 3-nə təyin olunub.

Xatırlatma

Əhməd Məmmədli bu il mayın 6-da saxlanıb və mayın 8-də barəsində 4 ay həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin “sağlamlığa qəsdən ağır zərər vurma” və “xuliqanlıq” maddələri ilə ittiham olunur. Özü ittihamı rədd edir, keçmiş siyasi-ictimai və hazırki jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az