[:az]Əfqan Muxtarlı aclıq aksiyasını dayandırıb[:]

tərəfindən Gozetci

[:az]16 saylı cəzaçəkmə müəssisəsində aclıq edən jurnalist Əfqan Muxtarlı keçirdiyi aksiyasını dayandırıb.

Bu barədə AzadlıqRadiosuna NİDA Vətəndaş Hərəkatının koordinatoru Samir Əsədli danışıb.

Onun deməsinə görə, jurnalist səhhətində yaranan problemi və ona edilən müraciətləri nəzərə alaraq bu addımı atıb:

“Əfqan şəkərli diabetdən əziyyət çəkir, üç gündür ki, yeməkdən və dərmanlardan imtina etməsi səhhətində ciddi problem yaradıb. Həmçinin, vəkil ona bu gün, sentyabrın 24-də aclığı dayandırmaq üçün çoxsaylı müraciətlər çatdırıb. Əfqan onları da nəzərə alıb”.

Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov da bu məlumatı təsdiqləyib.

Penitensiar Xidmət də Nemət Kərimlidən şikayət edib

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti (PX) vəkil Nemət Kərimli ilə bağlı açıqlama yayıb.

Açıqlamada yazılıb ki, bir sıra informasiya saytlarında məhkum Əfqan Muxtarlının vəkili N.Kərimlinin cəzaçəkmə müəssisəsində müvəkkili ilə görüşə gəldiyi zaman üzərində qanunsuz axtarış aparıldığı və müəssisə əməkdaşlarının onunla sərt davrandıqları barədə həqiqətəuyğun olmayan bəyanatı yayılıb.

«Cəzaların İcrası Məcəlləsinin 75.5-ci maddəsinin, Cəzaçəkmə Müəssisələrinin Daxili İntizam Qaydalarının… tələblərinə uyğun olaraq, cəzaçəkmə müəssisələrinə daxil olan və çıxan şəxslərə, eləcə də onların əşyalarına baxış keçirilə bilər», – PX bildirir.

Açıqlamada yazılıb ki, vəkil N.Kərimli peşə fəaliyyəti ilə bağlı dəfələrlə istər Ə.Muxtarlı, istərsə də hüquqlarını müdafiə etdiyi digər şəxslərlə görüşə gəlib, bu zaman cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına giriş-çıxış qaydaları ilə tanış edilib: «N.Kərimli cəzaçəkmə müəssisələrinə buraxılış qaydalarını və qanunvericiliyin tələblərini bildiyi halda, məhkum Ə.Muxtarlı ilə görüşdən əvvəl və sonra mövcud rejim qaydalarına riayət etməyib, əməkdaşların qanuni tələblərinə tabe olmayıb, süni olaraq münaqişəli vəziyyət yaratmağa çalışıb. Görüşdən sonra öz hərəkətlərinə siyasi don geyindirərək baxış prosedurunu «45-50 dəqiqə girov saxlama» kimi qiymətləndirməyə çalışan N.Kərimli guya qanunsuz hərəkətlərə məruz qaldığını qeyd edərək əməkdaşların onunla davranışını təhrif edilmiş formada öz maraqlarına uyğun ictimailəşdirib».

Açıqlamada habelə iddia olunub ki, bununla N.Kərimli bilərəkdən Penitensiar Xidmətin fəaliyyəti haqqında ictimaiyyətdə mənfi rəy formalaşdırmağa cəhd edib, «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin tələblərini pozub.

«Bununla əlaqədar Penitensiar Xidmət tərəfindən həmin vəkil barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün Vəkillər Kollegiyasına müraciət olunub», – açıqlama yazılıb.

Azadlıq Radisou[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az