Şikayət qutusu haqqında
Şikayət qutusu necə işləyir?
Siz özünüzün və ya digər şəxslərin qarşılaşdığı hüquq pozuntusu ilə bağlı məlumatı Şikayət qutusu bölməsində qeyd edib bizə göndərə bilərsiniz. Sizin göndərdiyiniz məlumatın mətni nəzərdən keçirildikdən sonra portalın “Fərdi şikayətlər” və “Hüquq pozuntuları” bölmələrində yerləşdiriləcək.
Məlumatı portalın əlaqə bölməsindəki e-poçt və ya votsap nömrəsi vasitəsilə də göndərə bilərsiniz.
Azərbaycan qanunvericiliyinə uyğun olaraq yazılan şikayətlər və məlumatlarda dövlət əleyhinə, zorakılığa və dini, milli, etnik, cinsi və siyasi ayrı-seçkiliklə bağlı çağırışlara yol verilməməlidir!