43
[:az]Iran səfirliyi önündə etiraz aksiyası keçirən Müsavat fəalları saxlanılıb. Etiraz aksiyası “Abbas Lisaniyə azadlıq” şüarı altında keçirilib. Aksiya zamanı təşkilatının sədri Elman Quliyev, Müsavat başqanının müavini Razim Əmiraslanli, Divan üzvü Tofiq Yaqublu, Gənclər Təşkilatından Rehim Yaqublu, Ayxan Hacıbəyli, Əziz Məmiyev, Qədir Nağıyev, Suraxanı təşkilatının sədri Ərzulla Buludlu polis tərəfindən saxlanılıb. Bu barədə “Basta.info”-nun redaktoru Mustafa Hacıbəyli “Facebook” hesabında məlumat paylaşıb. Onların Səbail rayon Polis İdarəsinə aparıldığı bildirilir.[:]