[:az]Müxalifətin mitinqinə razılıq verildi[:]

tərəfindən Gozetci

[:az]Martın 10-da müxalifət ”Məhsul” stadionuna toplaşacaq

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şura və Müsavat Partiyasının martın 10-da saat 15-dən 17-dək “Məhsul” stadionunda nəzərdə tutduğu aksiya ilə bağlı müraciətə cavab verib.

Bunu Meydan TV-yə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn bildirib.

İcra hakimiyyəti Milli Şuranın mitinq keçirmə müraciətinə müsbət cavab verib.

Milli Şura aprelin 11-ə təyin edilən növbədənkənar prezident seçkiləri üçün boykot qərarı verdikdən sonra digər Müsavat partiyası və ReAL hərəkatına birgə etiraz aksiyaları keçirməklə bağlı müraciət edib. Müsavar partiyası müsbət cavab versə də, ReAL hərəkatı mitinqlərin keçirilməsini məqsədəuyğun bilməyib.

NİDA hərəkatı da aksiyada iştirak edəcəyini bildirib.

Müsavat və Milli Şurada təmsil olunan AXCP-nin sonuncu birgə mitinqi 2013-cü ilə təsadüf edib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az