[:az]Xədicə İsmayılın anası vəfat edib[:]

tərəfindən Gozetci

[:az]Araşdırmaçı-jurnalist Xədicə İsmayılın anası Elmira İsmayılova vəfat edib.

X.İsmayıl deyib ki, anası martın 7-dən 8-nə keçən gecə Türkiyənin paytaxtı Ankarada, müalicə olunduğu xəstəxanada vəfat edib.

«Limfa vəzilərinin şişlərindən əziyyət çəkirdi. 2018-ci ilin yanvarında Türkiyəyə aparılmışdı, Ankarada müalicə alırdı», – X.İsmayıl bildirib.

Ölkədən çıxışına yasaq qoyulan jurnalist bunun müvəqqəti götürülməsi və anasının yanında olmaq məqsədilə ədliyyə qurumuna müraciət də etmişdi. Ancaq müraciətə müsbət cavab verilməmişdi.

X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. O, 2016-cı il mayın 25-də Ali Məhkəmənin qərarı ilə həbsdən buraxılıb. X.İsmayıl həbsdən buraxılsa da, ölkədən çıxışına yasaq götürülməyib.

Jurnalist ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılmasından ötrü Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, şikayəti təmin olunmayıb. Bakı Apellyasiya Məhkəməsi də o qərarı qüvvədə saxlayıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az