82
[:az]
İsmayıllı sakini 1959 təvəllüdlü Mirzəyev Ayaz Qulu oğlu evinin yararsız vəziyyətdə olmasından şikayətlənir. İsmayıllı şəhəri Ü. Hacıbəyov küç – dalan -2 ,ev 4 ünvanında yaşayan sakin Gözətçiyə açıqlamasında bildirir ki, 2017-ci ildə baş verən zəlzələ zamanı evi qəzalı vəziyyətə düşüb. Məsələ ilə bağlı Ayaz Mirzəyev İsmayıllı RİH-ə, FHN-ə, vitse prezident Mehriban Əliyevaya evinin təmiri üçün dəfələrlə müraciət etsədə müraciətinə cavab verilməyib. Anasının 30 ilə yaxındır yataq xəstəsi olduğunu bildirən sakin evin uçma təhlükəsinə görə qohumlarının evlərində qaldıqlarını bildirir. O aidiyyatı qurumlardan evinə baxış keçirilməsini tələb etsədə tələbinə hələ də cavab verilməyib.[:]