[:az]Aclıq edən redaktor karserə salınıb[:]

tərəfindən Gozetci

[:az]Həbsdə aclıq aksiyası keçirən realliq.info saytının redaktoru İkram Rəhimov karserə salınıb. Bu barədə Rəhimovun yaxınları məlumat verib. Mənbənin məlumatına görə, aclıq etməsi ilə əlaqədar Rəhimovun vəziyyəti pisləşib.

Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub və həbs edilib. Həbsindən əvvəl Rəhimov prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib edildiyini bəyan etmişdi. O, məhkəmədə bunu təkrar edib.

İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Rəhimovun işi üzrə ilkin iclas keçirilib. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı və birinci instansiya məhkəməsinə verdikləri ifadələr saxtalaşdırıldığına görə şahidlərin və zərərçəkmişlərin yenidən dindirilməsi barədə vəsatət qaldırıb.

Vəkil həmçinin elə eyni səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazılarının təkrar ekspertizasını təyin etməyi xahiş edib. Amma vəsatətlər təmin edilməyib və növbəti iclas avqustun 21-nə təyin edilib. Etiraz əlaməti olaraq Rəhimov məhkəmə zalında aclıq aksiyasına başladığını bəyan edib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az