İctimai fəal Nicat Əmiraslanov Xətai Rayon Polis İdarəsində saxlanılır

tərəfindən Gozetci

Nicat Əmiraslanov

İyunun 15-də Nida Vətəndaş Hərəkatının (N!DA) üzvü Nicat Əmiraslanovu polis saxlayıb.

“Abzas Media”ya bu barədə onun yaxınları məlumat verib. Yaxınları bildirib ki, Əmiraslanov gündüz saatlarında Qazax rayonundakı evindən qısa müddətə qayıdacağını deyərək çıxıb, sonradan ondan saatlarla xəbər almaq mümkün olmayıb. Yalnız axşam saatlarında onun saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə gətirilməsi ilə bağlı məlumat yayılıb.
Nicat Əmiraslanovun hansı səbəbdən saxlanıldığı aydın olmasa da, bildirilib ki, ictimai fəal hazırda Xətai Rayon Polis İdarəsində saxlanılır.
Ötən gün Daxii İşlər Nazirliyi (DİN) ümumiyyətlə onunla bağlı məlumata malik olmadığını açıqlamışdı.
Nicat Əmiraslanovun Almaniyadan Azərbaycana qayıdarkən Bakıda saxlanılan jurnalist Şirin Abbasovun ifadələri əsasında saxlanıldığı ehtimal edilir.
Qeyd edək ki, 8 ildən çox Almaniyada mühacirətdə olan jurnalist Şirin Abbasov iyunun 14-də səhər saatlarında Azərbaycana qayıdarkən Bakıda – hava limanında saxlanılıb.
O, iyunun 15-də Binəqədi Rayon Məhkəməsinə çıxarılıb.
Şirin Tire kimi tanınan jurnalist 2015-ci ildə ölkəni tərk edəndən sonra onun haqqında 8 il əvvəl Cinayət Məcəlləsinin 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddəsilə cinayət işi başlanıb və həbsli axtarış qərarı çıxarılıb. İyunun 14-də Azərbaycana qayıdarkən onun saxlanması sözügedən cinayət işi və axtarışda olmasıyla əlaqələndirilib.
İyunun 15-də məhkəmədə məlum olub ki, Baş Prokurorluq məhkəməyə həbsli axtarış qərarının ləğvi üçün təqdimat verib.
Məhkəmə də təqdimatı təmin edib və onun barəsində həbs qərarı ləğv olunub. Lakin barəsində cinayət işinə xitam verilməyib.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az