Aprelin 9-da NİDA hərəkatının fəalı, müstəqil jurnalist İsmayıl Tağıyev Bakı şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib.
Tağıyev 3 saata yaxın polis idarəsində olub və saat 21:30 radələrində şöbəni tərk edib.
Tağıyev jurnalistlərə açıqlamasında “Abzas Media işi” üzrə dindirildiyini deyib.
O qeyd edib ki, suallar ümumi xarakter daşıyıb. Tağıyev istintaq sirrini açıqlamamaq öhdəliyi götürdüyü üçün təfərrüatları açıqlamayıb.
Jurnalistin sözlərinə görə, ona heç bir psixoloji və fiziki təzyiq olmayıb.
2023-cü ilin noyabr ayından etibarən Abzas Media ilə əlaqəli altı jurnalist və media işçisi həbs edilib.
Onlar “xarici valyuta qaçaqmalçılığı” maddəsi ilə ittiham olunurlar. Media nümayəndələri ittihamları rədd edir və cinayət işini korrupsiya ilə bağlı jurnalist araşdırmaları ilə əlaqələndirirlər. Hüquq müdafiəçiləri həbs olunanları siyasi məhbus kimi tanıyıblar.
Turan