Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Elnur Nuriyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elbəyi Kərimlini 6 il həbsə məhkum edib.
Bu barədə Turana vəkil Nemət Kərimli bildirib.
O məhkəmə hökmündəm apellyasiya şikayəti verəcəyini bildirib.
Vəkil Turana deyib ki, Elbəyi Kərimli narkotik maddələrin dövriyyəsində ittiham olunur.
“Elbəyi Kərimli məhkəmədə bildirdi ki, ittihamı qəbul etmir, siyasi sifarişdir. O dedi ki, həbsinin əsas səbəbi ötən ilin yayında Baakıda Heydər Əliyevin heykəli üzərinə “Stalin” sözləri yazmasıdır. Bundan dərhal sonra o saxlanılıb. Saxlanıldığı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində ona işgəncələr verildikdən sonra narkotik ittihamını qəbul edib”, vəkil qeyd edib.
AXCP bildirir ki, Elbəyi Kərimli 2023-cü ilin avqustunda həbs olunub. AXCP 2 ay müddətində ondan xəbər ala bilməyib. Oktyabrın 25-də məlum olub ki, o, narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib və 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.
Rəsmi qurumlar məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Turan