"Abzas Media"nın qadın jurnalistləri Lənkərandakı həbsxanaya köçürülüb

by Gozetci

Nərgiz Absalamova, Seven Vaqifqızı və Elnarə Qasımova

 

Sentyabrın 25-də “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı və əməkdaşları Nərgiz Absalamova ilə Elnarə Qasımova Lənkəranın Qurumba kəndində yerləşən Penitensiar Kompleksə köçürülüblər.

Bu barədə “Abzas Media”ya jurnalistlərin yaxınları məlumat verib.

Onların sözlərinə görə, jurnalistlər Bakı İstintaq Təcridxanasından köçürülən zaman rəis müavini Cavid Gülalıyev tərəfindən Nərgiz Absalamovaya qarşı kobudluq edilib.

Yaxınlarının bildirdiyinə görə, köçürülmə prosesi qəfil olub:

“Səhər saat 9-da onlara deyiblər ki, 1 saata hazır olun. Lənkərana çatana qədər hara aparıldıqlarını bilməyiblər.”

Jurnalistlər Bakıdan Lənkərana iki-üç saatlıq məsafənin yaxınları ilə görüşlər üçün ciddi çətinlik yaratdığını bildirirlər.

Onlar başqa rayonda yerləşən müəssisəyə köçürülməyi məhz yazılarına görə olduğunu deyirlər.

Xatırladaq ki, iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova, Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

You may also like