“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb

by Gozetci

Fatimə Mövlamlı, Ülviyyə Əli və Şəmşad Ağa

 

Sentyabrın 16-da Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan jurnalistlərin növbəti məhkəmə prosesi keçirilib.

“Meydan TV”-nin xəbərinə görə, ayrı-ayrılıqda icra olunan proseslərdə jurnalistlər Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və Şəmşad Ağanın həbs müddəti daha 3 ay uzadılıb.

🔹 Xatırladaq ki, 2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar “Meydan TV işi”nə görə həbs edilib.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.

Toplum TV 

You may also like