Jurnalist Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib

by Gozetci

Şəmşad Ağa

 

“Meydan TV işi” ilə bağlı həbs edilən jurnalist, “arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın (Ağayev) səhhətində problem yaranıb.

Ailəsinin Meydan TV-yə bildirməsinə görə, jurnalist mədə-bağırsağında yaranan problemə görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.

Onun mədə xorasından əziyyət çəkdiyi bildirilir.

Xatırladaq ki, Şəmşad Ağa fevralın 5-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bu iş üzrə hazırda ümumilikdə 12 nəfər həbsdədir.

Toplum TV

You may also like