Məhkəmədə Həmkarlar İttifaqı fəalına qarşı zorakılıq

tərəfindən Gozetci

Afiyəddin Məmmədov

Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Həmkarlar İttifaqı fəalı Afiyəddin Məmmədov ona qarşı pis rəftardan şikayət edib. O deyib ki,  səhər saat 10.00-da onu məhkəməyə aparıblar və günün ikinci yarısına qədər “boks”da ac saxlayıblar.

Bundan sonra hakim şahidlərin gəlmədiyini və dinləmələrin təxirə salındığını elan edib. Lakin Məmmədov deyib ki, onun vəsatəti var. Hakim vəsatəti dinləməkdən imtina etdikdə Məmmədov zala müraciət edərək bildirib ki, Ədliyyə Nazirliyi ona məhkəmə prosesində kostyum geyinməyi qadağan edir. Buna etiraz edən Məmmədov məhkəməyə çılpaq gələcəyini bildirib və  köynəyini çıxartmaq istərkən məhkəmə konvoyları onu saxlayıblar və güc tətbiq edərək zaldan çıxarıblar.

Növbəti məhkəmə iclası avqustun 27-nə təyin edilib.

* İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının  rəhbəri Afiyəddin Məmmədov sentyabrın 20-də naməlum şəxsin hücumuna məruz qaldıqdan sonra öz evinin yaxınlığında saxlanılıb. Məmmədovu hücum edən şəxsə bıçaq xəsarəti yetirməkdə (Cinayət Məcəlləsinin 221.3-cü maddəsi – silahdan istifadə etməklə törədilmiş xuliqanlıq və 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurmaqda) ittiham ediblər. Sonradan ittiham 126.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır ziyan vurmaq) və 228.4 (silahların qanunsuz dövriyyəsi) maddələrilə sərtləşdirilib. Onu 11 ilə qədər həbs cəzası gözləyir. Hüquq müdafiəçiləri Afiyəddin Məmmədovu siyasi məhbus kimi tanıyıblar.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az