Hüquq müdafiəçiləri Birləşmiş Millətlər Təşkilatını avtoritar ölkələrdə iqlim konfransları keçirməməyə çağırıblar

tərəfindən Gozetci

Beynəlxalq qeyri-hökumət təşkilatları qrupunun nümayəndələri və siyasi mühacirətdə olan azərbaycanlı fəallar Birləşmiş Millətlər Təşkilatı İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının katibliyinə açıq məktub göndərərək avtoritar ölkələrdə iqlim sammitlərinin keçirilməməsinə çağırıblar.

“Biz, qeyri-hökumət təşkilatlarının qlobal koalisiyası olaraq, Birləşmiş Millətlər Təşkilatının konfranslarının keçirlməsində  repressiv hökumətlərə imtiyaz verilməsinə etiraz edirik”, – müraciətdə deyilir.

Əsasən, onlar qeyd edirlər ki, Azərbaycana COP29-u 2024-cü ilin noyabrında qəbul etmək imtiyazı verildikdən sonra ölkədə vətəndaş cəmiyyətinə təzyiqlər artıb, məqsəd onun tamamən aradan qaldırılmasıdır.

Bundan əvvəl analoji repressiv tədbirlər COP27 ərəfəsində Misirdə və COP28 ərəfəsində Birləşmiş Ərəb Əmirliklərində olub.

COP29-un Bakıda keçirilməsi artıq hüquq müdafiəçiləri və jurnalistlər arasında yüzlərlə həbsə səbəb olub.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının katibliyi ev sahibi olan tərəflərin insan hüquqları sahəsində beynəlxalq hüquqa riayət etməsini, bu forumdan senzura üçün və vətəndaş cəmiyyətinin fəallığının  və təbliğatının  yatırılması üçün bəhanə kimi istifadə etməməsini təmin etməlidir.

“Bir neçə ildir ki, azərbaycanlı jurnalistlər və vətəndaş cəmiyyəti təşkilatları KİV-in qeydiyyatı üçün ciddi tələblər, xarici maliyyələşmənin qadağan edilməsi, fikrin ifadə edilməsi və birləşmə  azadlığının məhdudlaşdırılması kimi ciddi məhdudiyyətlərlə üzləşiblər.

Repressiv tədbirlərin fiziki və iqtisadi təhdidlərlə yanaşı sərtləşdirilməsi KİV və vətəndaş cəmiyyətinin müstəqil fəaliyyətini demək olar ki, mümkünsüz edir”, – müraciətdə deyilir.

2024-cü ilin iyul ayına olan vəziyyətə görə, Azərbaycanda siyasi məhbusların siyahısı ən azı 306 nəfərdir, müraciət müəllifləri qeyd edirlər.

Azərbaycanlı keçmiş diplomat Emin İbrahimovun və gənc etnoqraf-alim İqbal Əbilovun  həbsi COP29 öncəsi Azərbaycanda insan haqlarının vəziyyətilə bağlı ciddi beynəlxalq narahatlıq yaradıb.

Üstəlik, Azərbaycan hökuməti öz məhbusları üçün həddən artıq məhdudlaşdırıcı tədbirlərdən istifadə edir: əlil hüquq müdafiəçisi və blogger Famil Xəlilov saxta narkotik qaçaqmalçılığı ittihamı ilə həbsdə olarkən onun həyatı və sağlamlığı təhlükə altındadır. Digər narahatedici hal isə əsassız cinayət təqibinə və işgəncələrə etiraz olaraq 14 iyun 2024-cü il tarixində aclıq aksiyasına başlayan iqtisadçı Fasil Qasımovun səhhətinə ağır zərər vurması ilə bağlıdır.

Amnesty İnternational təşkilatının məlumatına görə, 29 aprel 2024-cü ildə tanınmış hüquq müdafiəçisi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri və Azərbaycanda Ədalət Mühakiməsi Təşəbbüsünün həmtəsisçisi Anar Məmmədli həbs edilib.

“Biz Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının katibliyini gələcək COP-ların keçirilməsi barədə sazişləri açıq etməyə və onların insan hüquqları sahəsində beynəlxalq hüquqa (o cümlədən söz və toplaşmaq azadlığının müdafiəsi yolu ilə) uyğunluğunu təmin etməyə çağırırıq”, – müraciətdə deyilir.

Müraciət imzalanıb: Femena; Fars körfəzi İnsan Hüquqları Mərkəzi  (GCHR); İnsan Hüquqları Klubu (Azərbaycan); Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (Azərbaycan); İnsan Hüquqları İnstitutu, Beynəlxalq İnsan Hüquqları Federasiyası; Əməkçi miqrantların səsi; İşgəncələrə qarşı Ümumdünya Təşkilatı (OMCT, İnsan Hüquqları Rəsədxanası çərçivəsində) imzalayıblar.

Ətrflı:https://www.gc4hr.org/call-to-stop-hosting-conference-of-parties-cop-annual-climate-summits-in-authoritarian-countries/

 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az