İstintaq təcridxanasında Ələsgər Məmmədlinin notarius xidmətləri hüququndan istifadə etməsinə imkan verilmir

tərəfindən Gozetci

Ələsgər Məmmədli

 

Ələsgər Məmmədli istintaq təcridxanasında dərman qəbul etsə də, qan təzyiqini sabitləşdirmək mümkün olmur. Bu barədə Turan agentliyinə “Toplum” TV-nin təsisçisinin qardaşı Nəsimi Məmmədli bildirib.

“Ələsgərin qapalı məkanda saxlanılması ona bir sıra ciddi problemlər yaradıb. Qalxanabənzər vəz şişi hələ də nəfəs almağı çətinləşdirir”, – o deyib.

“Asan İmza” elektron imzası və Ələsgərin şəxsiyyət vəsiqəsi istintaq orqanı tərəfindən götürülüb. Bu, vergi hesabatını təqdim etməyə imkan vermir. Ələsgər yeni “Asan İmza” almaq üçün yaxınlarına etibarnamə verməlidir.

“Lakin cəzaçəkmə yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqları haqqında qanunu pozaraq onun yanına notarius buraxmırlar”, –  Nəsimi Məmmədli deyib.

Etibarnamə həm də Ələsgər Məmmədlinin iki övladının ali təhsil xərclərini ödəmək üçün avtomobilini satmasından ötrü lazımdır və ailə maddi çətinlik çəkir.

Həftə ərzində vəkillər Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması üçün yeni vəsatət qaldırmağı planlaşdırırlar.

*Martın 6-8-də ‘Toplum’ TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. Yeddi nəfər həbs olunub, iki nəfər polis nəzarətinə verilib.

“Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunub. Onun mənzilində axtarış zamanı 7300 avro tapılıb.

İyunun 14-də Xətai məhkəməsi onun özəl klinikada tibbi müayinə olunması barədə vəsatəti təmin edib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az