NİDA Vətəndaş Hərəkatı: Gədəbəydə mülki əhaliyə zorakılıq göstərən, yaşlı insanlara qaz püskürdən polislər hələ də cazasız qalıb

tərəfindən Gozetci

Gədəbəy rayonunun Söyüdlü kəndi

“NİDA idarə heyəti üzvü Elmir Abbasov Gədəbəydəki polis zorakılığına etiraz etdiyi üçün 9 gündür ki, həbsdədir. Lakin Gədəbəydə mülki əhaliyə zorakılıq göstərən, yaşlı insanlara qaz püskürdən polislər hələ də cazasız qalıb”. Bu barədə NİDA Vətəndaş Hərəkatının məlumatında deyilir.

Hərəkat Gədəbəyin Söyüdlü kəndindən aksiyalardan sonra həbs edilənlərin yanında olduğunu bəyan edib: “NİDA Vətəndaş Hərəkatı olaraq Elmir Abbasovun, Qiyas İbrahim və həbs edilən Söyüdlü məhbuslarının yanında olduğumuzu, onları sonadək müdafiə edəcəyimizi bəyan edirik” bəyanatda deyilir.

Xatırlatma

İyunun 20-də və 21-də Gədəbəy rayonun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və bu zaman polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub.

İyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Baş naziri Əli Əsədovun Sərəncamı ilə Komissiya yaradılıb.

İyunun 24-də Nizami Rayon Məhkəməsində 2 gün öncə 30 sutka inzibati həbs cəzası alan ictimai fəal Qiyas İbrahimovun yenidən məhkəmə prosesi keçirilib.

O, həbsindən bir neçə saat öncə Facebook hesabında Gədəbəyin Söyüdlü kəndində polisin əhaliylə qarşı davranışı haqda status paylaşmışdı.

Vəkil Elçin Sadıqovun məlumatına görə, polis bölməsində İbrahimov barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (İnternetdə qadağan edilən informasiyanın yerləşdirilməsi) və 535-ci (polis işçisinə tabe olmama) maddələri ilə protokol tərtib edilib:

NİDA Vətəndaş Hərəkatı İdarə heyətinin üzvü Elmir Abbasova 20 sutka həbs cəzası verilib. Vəkil Zibeydə Sadıqovanın Amerikanın Səsinə verdiyi məlumata görə, işə baxan hakim Fikrət Əliyev Elmir Abbasov barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 (xırda xuliqanlıq) maddəsinə xitam verib.

Elmir Abbasova İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin müvafiq əminə tabe olmamaq) ilə təqsirli bilinərək 20 sutka həbs cəzası verilib.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az