73
“Gözətçi” xəbər verir ki, Şəkinin M. F. Axundzadə küçəsinin sakinlərinin vəziyyəti acınacaqlıdır. Burada yaşayan sakinlər kanalizasiya xəttinin olmamasından şikayətlənirlər.
Şikayətçilər bildirir ki, çirkab sularının həyətə axması nəticəsində bataqlıq yaranır, bu da öz növbəsində infeksion xəstəliklərin baş verməsinə səbəb olur. Bununla yanaşı, pis qoxu da bu ərazidə yaşayan insanların halını lap dözülməz edib.
Sakinlər deyir ki, kanalizasiya xətlərinin olmaması çirkab sularının həyətlərə, hətda bəzi hallarda evlərə axmasına gətirib çıxarır.
Daha ətraflı linkdə