Bəxtiyar Hacıyev vətəndaşlıqdan imtina üçün ərizəylə Prezident Aparatına müraciətə gedir (YENİLƏNİB)

tərəfindən Gozetci

Foto: Ramin Deko

Bəxtiyar Hacıyev vətəndaşlıqdan imtina üçün ərizəylə Prezident Aparatına müraciətə gedir.

*  *  *

Bəxtiyar Hacıyev Fuad Muradovla da görüşdürüldüyünü deyir

İctimai-siyasi fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkül Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən oğurlandığını bildirir.

Hadisə avqustun 22-də günorta saatlarında baş verib.

Bu barədə Bəxtiyar Hacıyev özü Meydan TV-yə danışıb.

Bəxtiyar Hacıyev deyir ki, onu Dövlət Statistika Komitəsinin qarşısında canlı yayım etmək istəyərkən zorla Baş Mütəşəkkül Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar:

“Məni maşından düşürəndə başımdan və qollarımdan vurdular, başqa heç nə olmadı. İdarənin rəisi Əbülfət Rzayev məni qəbul etdi. Dedi ki, bir də Vilayət Eyvazovdan yazsan, səni peşman edəcəyəm, güc bizdədir, bizə güc göstərmə”.

Bəxtiyar Hacıyev deyib ki, onu Baş Mütəşəkkül Cinayətkarlıqla Mübarizə İdarəsində Fuad Muradovla da görüşdürüblər:

“İdarədə Vilayət Eyvazov və Fuad Muradov haqda sosial şəbəkədə yazdığım statuslarımı sildirdilər. Ardınca Fuad Muradovla üz-üzə otuzdurdular, o da mənimlə profilaktik söhbət edib, dövlətçilikdən dərs keçdi”.

Xatırladaq ki, aprelin 21-də saat 23 radələrində Bəxtiyar Hacıyev “Caspian Plaza”dan çıxıb evə gedərkən Məhəmməd Naxçıvani və Zivərbəy Əhmədbəyov küçələrinin kəsişməsində qara maskalı şəxslər qəfildən ona hücum edilib, başına qara torba keçirib, naməlum istiqamətə aparıblar.

Bildirdiyinə görə, onu təhqir edərək, Daxili İşlər Nazirliyi, o cümlədən nazirlə bağlı tənqidləri dayandırmağı, indiyədək bu mövzuda yazdıqlarını silməyi tələb ediblər.

Aprelin 25-də Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsilə cinayət işi başlanıb.

Elə həmin gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev onu qəbul edib.

Ardınca nazir Vilayət Eyvazov da Bəxtiyar Hacıyevi qəbul edib.

 

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az