Jurnalistin boğazına bıçaq dirəyib hədələdilər

tərəfindən Gozetci

“Qızımla hədələdi, amma hansı iş barədə hədələdiyini demədi”

Mayın 8-də, gecə saatlarında jurnalist Aytən Məmmədova naməlum şəxsin hücumuna məruz qalıb. Bu barədə Meydan TV-yə məlumatı jurnalistin özü verib. Onun sözlərinə görə, yaşadığı binanın blokuna girərkən bir nəfər arxasınca gəlib və liftdə bıçağı onun boğazına dirəyib:

“Mənə dedi ki, məhkəmə işi barədə yazmayım. Qızımla hədələdi, amma hansı iş barədə hədələdiyini demədi”.

Jurnalistin boğazında xəsarət izi var. Bu barədə DİN-in 102 xidmətinə məlumat verilib.

Aytən Məmmədovanın ən çox ictimailəşdirdiyi iş Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı gedən məhkəmə işidir. Jurnalist sosial şəbəkələrdə İlkin Süleymanovun günahsız olması, təzyiqlərə məruz qalması ilə bağlı paylaşımlar edirdi.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az