Tələbə gənclərin etiraz aksiyası

tərəfindən Gozetci

“Tələbə Gücü Mərkəzi” təşkilatı cümə axşamı Təhsil Nazirliyi qarşısında etiraz aksiyası təşkil edib.

Gənclər Təhsil Nazirliyini fəaliyyətsizlikdə ittiham ediblər və üzərində “Çayxana deyilsiniz, fəaliyyət göstərin!” yazılan plakat açıblar.

Tələbələr təhsil sahəsindəki problemlərin həll edilməsini və nöqsanların aradan qaldırılmasını tələb ediblər. Onlar həmçinin ali məktəblərdə mövcud olan “despotiyaya”, tələbələrin müraciətlərinə məhəl qoyulmamasına etiraz ediblər.

Aksiya iştirakçılarının bəyanatında deyilir: “Hazırda Azərbaycan universitetlərində və təhsil sistemində despotiya hökm sürür. Təhsil Nazirliyi və dövlətdən tələb edirik: dövlət universitetlərində pulsuz təhsil təmin olunsun, eyni zamanda təhsilin keyfiyyəti artırılsın, tələbələrin problemləri həll edilsin, tələbələrin iqtisadi problemləri nəzərə alınaraq yaşam təqaüdü tətbiq edilsin, eyni zamanda yataqxana problemi həll edilsin, universitetlərdə bullinq və diskriminasiya halları şəffaf şəkildə araşdırılsın, tələbələrin siyasi baxışlarına, fərqli mövqeyinə, dininə, cinsinə və orientasiyasına görə ayrı-seçkiliyə son qoyulsun”.

Aksiya iştirakçıları bildiriblər ki, bu məsələlərlə bağlı Təhsil Nazirliyinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, heç bir tədbir görülməyib.

Polis əməkdaşları və Təhsil Nazirliyinin əməkdaşları etirazçıların təmsilçilərini idarəyə dəvət ediblər.

Təhsil Nazirliyindən şərh almaq mümkün olmayıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az