Siyasi mühacir onu da həbs edilmiş Samir Aşurovun aqibətinin gözləyəcəyindən ehtiyatlanır

tərəfindən Gozetci

Almaniyadan readmissiya olunandan sonra saxlanılaraq barəsində 4 ay həbs qətimkan tədbiri seçilən Samir Aşurov aprelin 19-dan həbsinə etiraz olaraq aclığa başlayıb. O, hazırda 7 gündür aclığı davam etdirir.

Bu barədə fəalın həyat yoldaşı Nuranə Aşurova bildirib. Onun sözlərinə görə, Samir Aşurov artıq Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasına köçürülüb.

“Onun səhhəti məni çox narahat edir. Telefon əlaqəmiz belə yoxdur. Samir şəkər xəstəsidir, ürəyində problemlər var, komaya düşə bilər. Sabah gərək özüm Şüvəlana gedib təcridxanadan onun səhhəti barədə öyrənim. Amma məlumat alacağıma da inana bilmirəm”, deyə Nuranə Aşurova bildirib.

Bu arada vəkil Elçin Sadıqov Samir Aşurovun aclığı davam etdirdiyini deyib. Amma vəkil də təcridxanada hələ onunla görüşə bilməyib.

Penitensiar Xidmətdən Samir Aşurovun səhhəti ilə bağlı məlumat almaq hələ mümkün olmayıb.

Almaniyadan readmissiya olunan siyasi fəalların Azərbaycanda həbsi mühacirətdə olan digər siyasi fəallar arasında da təlaş hissi yaradıb.

Almaniyada 2018-ci ildən mühacirtədə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Ravil Həsənov bildirib ki, Almaniya Məhkəməsi onun barəsində də neqativ qərar qəbul edilib.

“Mən hər an deportasiya oluna bilərəm. Azərbaycana deportasiya olunan kimi məni də həbs edəcəklər. Çünki, 2019-cu ildə İlham Əliyev Münhen Təhülkəsizlik Konfransına gələn zaman hazırda həbsdə olan fəallar Mütəllim Orucov və Samir Aşurovla bərabər mən də etiraz aksiyası keçirmişəm. Mən həm də etiraz aksiyasını canlı olaraq yaymışam”, deyə Həsənov qeyd edib.

Ravil Həsənov həm də Azərbaycan hakimiyyətini tənqidlərindən sonra ölkə əzazisində internet saytı məhkəmə qərarı ilə bloklanan “Azərbaycan Saatı” internet televizyasının əməkdaşıdır. O, 2018-ci ildə evinə polsi gələndən sonra mühacirətə getdiyini bildirib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az