Rayon xəstəxanalarında quduzluq əleyhinə vaksin problemi

tərəfindən Gozetci

Sabirabad rayon Şəhriyar kənd sakini Rauf Həsənov “Gözətçi”yə göndərdiyi şikayətdə bildirib ki, rayon xəstəxanalarında quduzluq əleyhinə vaksin yoxdur. Onun sözlərinə görə, iyunun 27-də it hucumuna məruz qalan anası Validə Həsənovanı quduzluğa qarşı vaksinasiya olunmaq üçün Sabirabad rayon Mərkəzi Xəstəxanasına aparsa da, xəstəxanadan vaksinin olmadığı bildirilib.

“Xəstəxananın baş həkimi dedi ki, xəstəxanada vaksin yoxdur. Məcbur qalıb Saatlı rayon MX-na müraciət etdik, ancaq orada da eyni problemlə üzləşdik. Daha sonra anamı hadisənin səhəri günü, iyunun 28-də Şirvan MX-a aparıb, orada quduzluğa qarşı ilk vaksin vurdura bildik”.

Rauf Həsənov deyir ki, bir müddət əvvəl özü də çaqqal hücumuna məruz qalarkən vaksin problem ilə üzləşib. Şikayətçi iddia edir ki, onlara xəstəxanada “yoxdur” deyilən vaksinlər ateklərdə 200 manat məbləğində satılır.

Məsələ ilə bağlı Sabirabad rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az