İyulun 16-da Bakının Xəzər Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Məhərrəmlinin cəza müddətinin üçdə iki hissəsini çəkməsilə əlaqədar cəzasının yüngülləşdirilməsilə bağlı müraciətinə onlayn rejimdə baxıb.
Vəkil Aqıl Lahıcovun Turan-a verdiyi məlumata görə, müdafiə tərəfi alternativ cəza növlərinin təyin edilməsi -ya qalan real müddətin şərti cəza ilə dəyişdirilməsi, ya da Məhərrəmlinin məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi məsələsini qaldıracaq.
Vəkil qeyd edib ki, məhkəmə qərar qəbul edilməsini uzadır və bunu bir neçə dəfə təxirə salır.
Məhkəmə dinləmələri iyulun 23-nə keçirməyi qərara alıb.
Məhərrəmli artıq cəza müddətinin dörddə üç hissəsini çəkib.
Xatırladaq ki, Məhərrəmli 2018-ci ilin mayında “Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” ilə bağlı iş üzrə həbs edilib. 4 il həbs cəzası alıb. Mayın sonunda onun üç ili tamam olub. Qanunvericiliyə əsasən şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmaq hüququna malikdir.
Turan