Aktyor küçə tamaşası göstərdi, polis bölməsinə aparıldı

tərəfindən Gozetci

Sərbəst buraxılan Elmin Bədəlov yenidən bölməyə çağırılıb

Aktyor Elmin Bədəlov bu gün saat 20:30-da polis əməkdaşları tərəfindən saxlanılaraq, 27-ci Polis Bölməsinə aparılıb.

Hadisə aktyorun Qış Parkında “Yeddinci Məkan” adlı küçə tamaşasının nümayişindən sonra baş verib.

Polislər aktyorla bərabər performansı izləməyə gələn fəal Kamran Məmmədlini də saxlayıb.

“Vəkilim Zibeydə Zəkəriyeva bölməyə gəldi. Orada mənə dedilər ki, izahat yazmaq lazımdır. Daha sonra sərbəst buraxıldıq. Sabah səhər saat 11-də təkrar gəlməyimizi istədilər. Belə başa düşdüm ki, profilaktik söhbət aparmaq istəyirlər”, – Elmin Bədəlov Meydan TV-yə deyib.

Elmin Bədəlov ADO Tetarının yaradıcısıdır. O, üç ilə yaxındır ki, küçə performansları göstərmək üçün Mədəniyyət Nazirliyi ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər edib. Müsbət cavab almayan ADO rəhbəri məsələ ilə bağlı 2019-cu ildə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə üz tutub. Birinci instansiya qərarı teatrın xeyrinə versə də, sonradan Bakı Şəhər İcra Hakimiyyətinin Apelyasiya Məhkəməsinə müraciətdən sonra ləğv edilib.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az