ÜST-nin araşdırmasına əsasən, hər 3 qadından 1-i fiziki və cinsi zorakılıqla üzləşir

tərəfindən Gozetci

Birləşmiş Millətlər Təşkilatının səhiyyə təşkilatı və tərəfdaşlarının yeni araşdırması dünyada hər üç qadından birinin həyatları boyunca fiziki və ya cinsi zorakılıqla üzləşdiyini aşkar edib.

Ümumdünya Səhiyyə Təşkilatının çərşənbə axşamı açıqladığı hesabatda agentliyin bildirdiyi kimi qadınlara qarşı zorakılığın yayılması ilə bağlı indiyədək ən böyük araşdırmaya əsaslanaraq bu cür zorakılığın erkən başladığı bildirilib. Hesabatda gənc qadınların dörddə birinin 20 yaşlarına çatdıqda intim partnyoru tərəfindən zorakılıq gördüyü deyilir.

2010-2018-ci illərə aid olan bu rəqəmlər COVID-19 pandemiyasının təsirlərini əhatə etmir. Araşdırmalar hökumətlərin bir çox insanın evdə qalmasına səbəb olan karantin və digər məhdudiyyətlər tətbiq etdiyi bir vaxt qadınlara qarşı məişət zorakılığının artdığını göstərib.

“Qadına qarşı zorakılıq hər ölkədə və mədəniyyətdə geniş yayılaraq, milyonlarla qadına və onların ailələrinə zərər verir və bu, COVID-19 pandemiyası ilə daha da şiddətlənib” – deyə, ÜST-nin Baş Direktoru Tedros Adhanom Qebreyesus qeyd edərək, hökumətləri, fərdləri və icmaları problemi həll etməyə kömək etməyə çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatının 2013-cü ildən bəri ilk belə tədqiqatında qadınların həm yaxın partnyorları, həm də partnyor olmayanlar tərəfindən cinsi zorakılığa məruz qalması hallarına nəzər salınıb və 15 yaşdan yuxarı 736 milyon qadın və qızın zorakılığın bu formalarından ən azı birinə məruz qaldığı aşkar edilib.

“Qlobal miqyasda intim partnyoru tərəfindən zorakılıq və partnyor olmayan şəxs tərəfindən cinsi təcavüzün birgə təsirinə baxdığımızda hər üç qadından biri bu zorakılıq formalarından ən az birini yaşayıb” – deyə, ÜST-nin cinsi və reproduktiv sağlamlıq və tədqiqat şöbəsindən Dr. Klaudia Qarsiya-Moreno qeyd edib.

Agentlik yaxın partnyor tərəfindən zorakılığın dünyada 641 milyon insanı əhatə edərək, qlobal səviyyədə qadınlara qarşı ən çox müşahidə edilən zorakılıq növü olduğunu bildirib. Lakin tədqiqatda iştirak edən qadınların 6%-i partnyorları xaricində başqa biri tərəfindən cinsi təcavüzə məruz qaldıqlarını bildirib. Bunun cinsi təcavüz halları ilə bağlı məlumatların daha az verilməsi və stiqma səbəbindən həqiqi rəqəmlərdən aşağı göstərici olduğuna inanılır.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az