Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarları müzakirəyə çıxarılır

tərəfindən Gozetci

Martın 9-da Avropa Şurası Nazirlər Komitəsində Avropa Məhkəməsinin qərarlarının icra durumunun müzakirəsinə başlanılıb. AŞ NK-nın 1398-ci toplantısı 3 gün davam edəcək.

AŞ NK 3 gün ərzində ümumilikdə 18 qərarın və 20 qrup işini müzakirə edəcək, yekunda ümumilikdə 100-dən artıq qərarın icra durumu ilə bağlı qərarlarını açıqlayacaq. İcrası müzakirə ediləcək qərarlar Azərbaycan, Belçika, Bosnya, Bolqarıstan, Kipr Xorvatiya, Gürcüstan, Yunanıstan, Macarıstan, İtaliya, Moldova, Niderland, Norveç, Polşa, Portiqaliya, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və Böyük Britaniya ilə bağlıdır.

AŞ NK Azərbaycanla bağlı ümumilikdə 7 qərarın – Qafqaz Məmmədov Azərbaycana qarşı qərarının və Məmmədli işi qrupu-na daxil olan qərarların icrasını müzakirəyə çıxaracaq.

Məmmədli işi qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 6 qərarın icrasına nəzarət edilir. Həmin qərarlar Anar Məmmədli, Həsənov və Başqaları, İntiqam Əliyev, Natiq Cəfərli, İbrahimov və Məmmədov, Xədicə İsmayılova ilə bağlıdır. AİHM-in bu qərarları ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.
Qafqaz Məmmədov Azərbaycana qarşı qərarı siyasi müxalifət tərəfindən planlaşdırılıb, təşkil edilən, ictimai asayiş baxımından heç bir təhlükə doğurmayan icazəsiz dinc etiraz aksiyasının dağıdılması və ərizəçinin sərbəst toplaşmaq azadlığına çoxsaylı aşırı müdaxilələrin edilməsi ilə bağlıdır.

AŞ NK toplantıdan sonra qərarların icra durumu ilə bağlı qərarlarını elan edəcək. AŞ NK AİHM-in qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir.

2020-ci ilin dekabr ayına olan statistik bilgilərə görə, Azərbaycan AİHM qərarlarının icrasında ən pis göstəricilərə malik olan ölkələrdəndir. AİHM indiyə kimi çıxardığı, Azərbaycanın üzərinə fərdi və ya ümumi öhdəliklər qoyan 276 qərarı icraya yönəldilib. Həmin qərarların cəmi 43-nün icrası başa çatıb.

aihmaz.org

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az