Əfqan Sadıqovun vəziyyəti ağır olaraq qalır

tərəfindən Gozetci

Əfqan Sadıqov

“Azel.tv” saytının rəhbəri, 93 sutkadır ki, qida qəbulundan imtina edən Əfqan Sadıqov ağır vəziyyətdədir. Bu barədə onun xanımı Sevinc Sadıqova bildirib. Fevralın 3-də o, Penitensiar Xidmətin müalicə müəssisəsində həyat yoldaşı ilə görüşüb.

“Əfqanın vəziyyəti ağır olaraq qalır. Onu görüşə əlil arabasında gətirdilər. Əlləri çox əsir. Təzyiqi çox aşağıdır. Boru vasitəsilə məcburi qidalandırırlar. Həkimlər deyirlər ki, bu üsulla uzunmüddətli qidalanma ölümcül təhlükəli ola bilər. Eyni zamanda sistem qoşublar. Əfqan qida qəbulundan imtina edir, çünki onun barəsində ədalətsiz hökmə etiraz etmək üçün başqa yolu yoxdur. O deyib ki, sona qədər mübarizə aparacaq”, – S.Sadıqova Turan agentliyinə bildirib.

Onun sözlərinə görə, müxtəlif instansiyalara, o cümlədən ombudsmana müraciətlər nəticəsiz qalıb.

* “Azel. TV” saytının rəhbəri  Əfqan Sadıqov ötən ilin mayında hədə yolu ilə tələb etmə ittihamı ilə həbs edilib. Noyabrın 3-də məhkəmə onu yeddi il müddətinə azadlıqdan məhrum edib. O, hökmü ədalətsiz hesab edərək noyabrın 4-dən etiraz əlaməti olaraq aclıq elan edib. Yanvarın 28-də Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək azaldıb.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az