Hüquq müdafiəçiləri Tofiq Yaqublunun azad edilməsi üçün hakimiyyətə müraciət ediblər

tərəfindən Gozetci

[:az]Hüquq müdafiəçilərindən ibarət İnsan hüquqları üzrə Birgə İşçi Qrupun (BİQ) üzvləri müxalifətçi Tofiq Yaqublunun həbsdən azad edilməsi üçün dövlət orqanlarının nümayəndələri ilə müzakirələr aparırlar. Bu barədə Turana Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.

Onun sözlərinə görə, BİQ üzvləri dövlət qurumlarının nümayəndələrinə, deputatlara, əvf komissiyasının üzvlərinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edirlər.

Hüquq müdafiəçiləri məsələnin həllini Yaqublunun apellyasiya şikayətinə təcili və obyektiv baxılmasında, birinci instansiya məhkəməsinin hökmünün ləğvində və Yaqublunun azad edilməsində görürlər.

Cəfəroğlu qeyd edib ki, hüquq müdafiəçiləri digər siyasi məhbuslarla bağlı məsələni də qaldırırlar.

BİQ 2005-ci ildə yaradılıb və 2014-cü ildə bərpa edilib. Qrupa həm vətəndaş cəmiyyətinin, həm də hakimiyyətin müxtəlif qollarının nümayəndələri daxildir.

Hazırda BİQ-də hüquq müdafiəçilərini Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Əvəz Həsənov, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Çingiz Qənizadə təmsil edirlər.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az