Tofiq Yaqublu zəng vurub…

tərəfindən Gozetci

[:az]

Tofiq Yaqublu

Milli Şura və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublu dünən, sentyabrın 9-da yaxınları ilə telefonla danışıb.

Bu barədə AzadlıqRadiosuna Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, onun kürəkəni Seymur Həzi məlumat verib: “Ona dəstək olan hər kəsə salamı var. Dedi ki, aksiyanı sona kimi davam etdirəcək, bu, söz davası deyil”.

Seymur Həzinin vurğulamasına görə, Tofiq Yaqublu sonra da deyib: “Özümü bu mübarizəyə kifayət qədər hazır hiss edirəm… Heç bir məcburi qidalanma da mümkün deyil”.

Bu açıqlamaya, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Tofiq Yaqublu aclığı dayandırmağı düşünmədiyini deyir

Vəkil Elçin Sadıqov sentyabrın 9-da Şüvəlan istintaq təcridxanasında saxlanan Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ilə görüşüb.

Bu barədə o, Tofiq Yaqublu ilə görüşdən sonra danışıb.

Vəkil Tofiq Yaqubluya istinadən bildirib ki, həkimlər onu müayinə etmək istəyir, amma onlara inanmır. Vəkilin deməsinə görə, Tofiq Yaqublu ailəsindən narahatdır, amma müdafiə etdiyi şəxsin vurğulamasına görə, sentyabrın 9-da ailəsi ilə telefon əlaqəsi saxlamağa imkan verilməyib: “Təcridxana bunun səbəbini izah etmir. Baxmayaraq ki, sentyabrın 9-da ailəsi ilə əlaqə saxlamaq günüdür, bununla belə, mən orada olan müddətdə hələ telefon danışığına icazə verilməmişdi”.

Vəkilin deməsinə görə, Tofiq Yaqublu tibb sahəsi üzrə professor Adil Qeybullanın təcridxanaya gələrək onu müayinə etməsi üçün təcridxana rəhbərliyinə və Ombudsmana müraciət edib.

Tofiq Yaqublunun səhhətinə gəlincə, vəkil bunları əlavə edib: “Kəskin baş ağrılarından, ürəkbulanmadan şikayəti var, halsızlıq aydın hiss edilir. Amma Tofiq Yaqublu aclığı dayandırmağı düşünmədiyini deyir”.

Bu açıqlamaya, hələlik, Şüvəlan istintaq təcridxanası, Penitensiar Xidmət və Ombudsman Aparatından münasibət almaq mümkün olmayıb.

‘Aksiya davam edir, Tofiq Məmmədovun halı pisləşib’

Milli Şura və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqubluya dəstək məqsədilə başlandığı açıqlanan aclıq aksiyasının Müsavat Partiyasının qərargahında davam etdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna  sentyabrın 9-da aksiya iştirakçılarından biri olduğunu söyləyən Müsavat Partiyasının üzvü Elman Quliyev danışıb. Onun deməsinə görə, artıq bəzi aksiya iştirakçılarında halsızlıq, başağrısı kimi hallar baş verir: “Aksiya iştirakçılarından xüsusilə Tofiq Məmmədovun halı pisləşib”.

Elman Quliyev onu da əlavə edib ki, hələlik, aksiyanı davam etdirmək niyyətindədirlər: “Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Ayət İsmayıl, Tofiq Məmmədov, Elşən Həsənov və mənəm”.

Bu deyilənlərə, hələlik, Səhiyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

AXCP üzvlərinin bu aksiyaya artıq yeddi gündür başladıqları bildirilir. Elman Quliyevin isə sentyabrın 7-dən aksiyaya qoşulduğu açıqlanıb.

Toofiq Yaqublunun özünün də sentyabrın 3-dən həbsxanada həbsinə etiraz olaraq aclıq aksiyasına başladığı bildirilir.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az