Ailə üzvlərinin Tofiq Yaqublu ilə görüşünə əngəllər yaradılır

tərəfindən Gozetci

[:az]Bu gün, sentyabrın 1-də Tofiq Yaqublunun ailə üzvlərinin 1 saylı Bakı İstintaq Təcridxanasında  onunla birgə görüşünə imkan verilməyib. Bu barədə Yaqublunun qızı Nigar Həzi facebookda məlumat paylaşıb.

“Bizə deyirlər ki, Tofiq Yaqublu ilə tək-tək görüşə bilərsiniz. Bunu pandemiya qaydaları ilə izah edirlər. Halbuki indiyə qədərki görüşlərdə belə bir tələb olmayıb. Onsuz da biz ata ilə şüşə arxasında görüşürük. 9 gündür aclıq edən, səhhəti ağırlaşmış şəxslə tək-tək görüş onun daha çox enerji itkisinə səbəb ola bilər. Buna görə də biz Tofiq Yaqublu ilə birlikdə görüş tələb edirik.”

Nigar Həzi qeyd edib  ki, şikayət etmək üçün Təcridxana rəhbərliyi ilə görüşə  cəhd etsələr də, onların Bakı İstintaq Təcridxanasının rəisi ilə görüşü baş tutmayıb.

Xatırladaq ki, sentyabrın 3-də Bakı şəhər Nizami Rayon Məhkəməsini hakim Nəriman Mehdiyevin sədrliyi ilə Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyasının üzvü, tanınmış müxalif siyasətçilərdən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Tofiq Yaqublu məhkəmədə həbsinə etiraz olaraq ölüm aclığına başladığını elan edib və onun aclıq aksiyanın 9-cü günüdür.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az