[:az]Çərşənbə günü Nəsimi rayon məhkəməsində Xalq Cəbhəsi Partiyasının üç fəalı: Gündüz Mirzəyev, Telman Seyfullayev və Baba Süleymanov barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi və onların ev dustaqlığına buraxılması haqqında vəsatətlərə baxılıb.
Onlar 14-15 iyul “Qarabağ aksiyası” ilə əlaqədar həbs ediliblər və “başqasının əmlakını məhv etməkdə”, “ictimai asayişi pozmaqda” və “polisə müqavimət göstərməkdə” ittiham olunurlar.
Məhkəmə vəsatətləri təmin etməyib və fəalları həbsdə saxlayıb, bu barədə AXCP-dən bildiriblər.
Vəkillər bu qərarlardan şikayət verəcəklər.
Xatırladaq ki, iyulun 14-15-də Bakıda Tovuz rayonunda ermənilərlə döyüşən Azərbaycan Silahlı Qüvvələrinə dəstək yürüşü keçirilib.
Etirazçılardan ibarət bir qrup parlamentin binasına daxil olub. Bundan sonra polis aksiyanı dağıdıb.
Aksiyadan sonra 48 AXCP üzvü saxlanılıb. Onların 18-i cinayət məsuliyyətinə cəlb edilib, 16-sı inzibati qaydada həbs edilib. Digərləri dindirildikdən sonra sərbəst buraxılıb.[:]