Məhkəmə ictimai fəala qarşı işə xitam verib

tərəfindən Gozetci

[:az]Neftçala rayon məhkəməsi ictimai fəal Vəfa Nağıya qarşı iddia üzrə cinayət icraatına xitam verib. Bu barədə, bu gün Nağıya məhkəmədən bildiriblər.

İddianı Neftçala rayonunun Xol Qaraqaşlı bələdiyyə şurasının başçısı Əlibala Səlimov vermişdi. O, cavabdehin 147.1 (böhtan), 147.2 (ağır cinayət törədilməsi haqqında böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini tələb edirdi.

Təhqiqata Nağının Səlimovdan maliyyə hesabatı tələb etməsi, habelə onun bələdiyyə əmlakından istifadə zamanı sui-istifadə haqqında nəşrləri səbəb olub.

Nağı Türkiyədə müalicədə olarkən, Səlimov tələsik bələdiyyə şurasının beş iclasını keçirib və iclaslarda iştirak etmədiyinə görə onun bu orqandan çıxarılması haqqında qərar qəbul edib.

Nağı bildirib ki, ona bələdiyyə şurasının qərarı verilmir ki, məhkəməyə şikayət versin.

MSK-dan bələdiyyə şurası üzvünün məhkəmə qərarı olmadan çıxarılmasının qanunsuz olduğunu bildiriblər.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az