4 AXCP fəalının apellyasiya şikayətləri təmin edilməyib

tərəfindən Gozetci

[:az]Bu gün Bakı Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyasının (AXCP) təşkilat şöbəsinin üzvü Elnur Yusubovun inzibati həbsindən verdiyi şikayəti təmin etməyib.

O, iyulun 26-da saxlanılıb və karantin rejimini pozmaq ittihamı ilə 30 gün müddətinə həbs edilib.

AXCP-dən verilən məlumata görə, şikayətə baxılması prosesində iştirak edən Yusubov onun inzibati xəta törətməsi haqqında protokolun saxtalaşdırıldığını bəyan edib.

Yusubov öz həbsini 15 iyul “Qarabağ aksiyasından” sonra AXCP-yə qarşı başlamış repressiyalar kampaniyasının tərkib hissəsi kimi qiymətləndirib.

Qeyd edək ki, Yusubovun himayəsində azyaşlı uşağı var və qanun bu kateqoriyadan olan şəxsləri inzibati həbsə məkum etməyi qadağan edir. Buna baxmayaraq, məhkəmə onun şikayətini təmin etməyib və müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

Dünən Bakı Apellyasiya Məhkəməsində digər üç AXCP üzvünün – Sarvan Cumayev, Babək Muradov və Yaşar Kərimovun 30 günlük inzibati həbslərindən verilmiş şikayətlər də təmin edilməyib. Onlar da iyulun sonlarında karantin rejimini pozmaq ittihamı ilə həbs ediliblər. Bu zaman onların saxlanılması 2-3 gün sonra rəsmiləşdirilib. Onlar da AİHM-ə müraciət edəcəklər, deyə AXCP-dən bildiriblər.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az