Məhkəmə AXCP fəalını ev dustaqlığına buraxmayıb

tərəfindən Gozetci

[:az]Avqustun 13-də Bakının Nəsimi rayon Məhkəməsi hakim Babək Pənahovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Bəxtiyar Imanov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəkilin verdiyi şikayəti təmin etyməyib.

AXCP-nin məlumatına görə, Bəxtiyar Imanovun məhkəmə iclasında iştirakı təmin edilib.

“Bəxtiyar Imanov məhkəmədə 14 iyul gecəsi evdə olduğunu, heç kimdən hər hansı tapşırıq almadığını və heç kimə də göstəriş vermədiyini bildirib. Vəkil onun hər hansı bir cinayətdə iştirak etmədiyini, ziyalı olmasını, ailəsində azyaşlı uşaqları olmasını bildirməklə onun ev dustaqlığına buraxılmasını xahiş edib,” məlumatda deyilir.

Lakin məhkəmə şikayəti və vəsatətləri təmin etməyib, İmanovu həbsdə saxlayıb .

AXCP bildirir ki, həbs olunandan bu günə ilk dəfə olaraq vəkillə Bəxtiyar Imanovun konfidensial görüşünə şərait yaradılıb. AXCP fəalı saxlanma şəraitindən narazı olmadığını, eləcə də fiziki işgəncəyə məruz qalmadığını bildirib.

Bəxtiyar İmanov barəsində iyulun 20-də Bakının Nəsimi rayon Məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib. O Cnayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham edilir.

AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-15-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 47 nəfər fəalı həbs edilib.

“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 17 nəfər inzibati qaydada həbs edilib. 1 nəfər ev dustaqlığındadır. 12 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü isə öncədən siyasi məhbusdur. Beləliklə, hazırda AXCP-nin 43 fəalı siyasi sifarişlə həbsdədir,” məlumatda qeyd edilir.

AXCP fəallarının həbsini siyasi sifariş hesab edir.

Amerikanın Səsi[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az