Daha bir AXCP üzvü həbs olunub

tərəfindən Gozetci

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Şəmsi Kəsəmənli aprelin 25-də Abşeron Rayon Məhkəməsi tərəfindən 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verildi.

Məlumata görə, Kəsəmənli aprelin 24-də polis tərəfindən yaşadığı evindən aparılıb. “Bu gün isə o, ailə üzvlərinə zəng vuraraq bildirib ki, sosial şəbəkədə paylaşımına görə o, 15 sutka müddətinə həbs olunub. Lakin hansı maddə ilə həbs olunduğunu deməyib”.

Partiyada Kəsəmənlinin həbsini son günlər ərzində davam edən təzyiq kampaniysının davamı kimi əlaqələndiriblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az