[:az]Fəallar hesablarına hücumlar olduğunu bildirirlər[:]

tərəfindən Gozetci

[:az]Siyasi fəallar son günlər sosial şəbəkələrdəki hesablarına haker hücumları olduğunu və onlara təhdidlər daxil olduğunu bildirirlər. İctimai fəal Bəxtiyar Hacıyevin verdiyi məlumata görə, üç gündür Facebook, İnstagram, Gmail, Yahoo, hesab.az, Whatsapp, Linkedin, Uber, GPP və digər şəbəkələrdəki hesablarını sındırmaq cəhdləri olur.

“Mənim email-imi Armenian Passion saytında qeydiyyatdan keçiriblər. Bir saxta profildən mitinqlərə çağırışlar edilir. Bu zaman mənim nömrəmi yazırlar, gecələr isə gizli nömrələrdən zənglər daxil olur”, deyə o bildirib.

Gənc fəal İlkin Rüstəmzadə də sosial şəbəkədə hesablarına daxil olan təhqirlər və xarici telefon nömrələrindən gələn təhdidlər barədə məlumat verib.

Fəallar bu təxribatların arxasında hakimiyyətin durduğundan şübhələnirlər.

Öz növbəsində, Rabitə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova bildirib ki, şikayəti olan varsa, yazılı müraciət etməlidir.

“Rəsmi qaydada Elektron Təhlükəsizlik Mərkəzinə müraciət etmək lazımdır və məlumat yoxlanılmalıdır. Elə məsələlər var ki, onlara yalnız araşdırmadan sonra cavab vermək olar. Sosial şəbəkələrdəki hesablar beynəlxalq platformalardadır. Onlara müraciət etmək üçün bizim əlimizdə vətəndaşların müraciətləri olmalıdır”, deyə Gözəlova bildirib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az