ABŞ Dövlət Departamenti Bəhruz Səmədovun həbsinə münasibət bildirib

tərəfindən Gozetci

ABŞ Dövlət Departamenti Azərbaycanda gənc alim Bəhruz Səmədovun həbsini “narahatlıqla izləyir”

Bu barədə Dövlət Deparatmentinin nümayəndəsi Turan agentliyinə bildirib.

“Bəhruz Səmədovun həbsini narahatlıqla izləyirik. Azərbaycanda jurnalistlərə, vətəndaş cəmiyyəti fəallarına və siyasi müxalifətin üzvlərinə qarşı davam edən repressiyalara görə dərin narahatlıq hissi keçiririk”, Dövlət Departamentinin nümayəndəsi Turanın sorğusuna cavabda bildirib.

“Fikri ifadə etmək azadlığı da daxil olmaqla, insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirənlər buna görə təqibə məruz qalmamalıdır”, Dövlət Departamentinin nümayəndəsi əlavə edib.

Praqada Karlov Universitetinin 28 yaşlı doktorantı Səmədov ötən həftə Bakıda saxlanılıb.

Avqustun 23-də məhkəmə onu dövlətə xəyanət ittihamı ilə dörd ay müddətinə həbs edib.

O, bu ittihamı təkzib edir. “Mən yalnız sülh istəyirdim, ölkəmi satmamışam”, Səmədov məhkəmədə bildirib.

Təqsirli bilinsə, onu ömürlük həbs cəzası gözləyir.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az