Bəhruz Səmədovun nənəsi etiraz aksiyasını keçirib

tərəfindən Gozetci

Həbsdə olan politoloq Bəhruz Səmədovun nənəsi Zibeydə Osmanova Ombudsman Aparatının qarşısında etiraz aksiyasını keçirib. Zibeydə Osmanova Ombudsman Səbinə Əliyeva görüş tələb edib.

O, əlində Bəhruz Səmədovun şəklini tutaraq bildirib ki, nəvəsi günahsızdır və heç bir əsas olmadan həbs olunub: “Bəhruzla mən nə telefonla əlaqə saxlaya bilmirəm, nə də mənə onunla görüşməyə icazə verirlər. Heç bir günahı olmayan nəvəm Bəhruz niyə tutulub? Səbəbi nədir? Onu bilmək istəyirəm. Mənə onun günahını desinlər. Məni onunla görüşdürsünlər”.

Zibeydə Osmanova qeyd edib ki, nəvəsi sülh istəyən bir gəncdir: “Sülh istəyən gəncləri tutmalıdırlar? Mən ona görə gəlib tələb edirəm ki, nəvəmdən bu zülmü götürsünlər”.

Onun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında saxlanılan B.Səmədova kitabları göndərmək istəsə də, buna imkan yaradılmadı:

“Mənim nəvəmi kitabdan, telefondan, televizordan niyə məhrum ediblər? Tək-tənha saxlayırlar. Biz aydınlaşdırsınlar bunu və mənə onunla görüş versinlər”.

Ombudsman Aparatının əməkdaşları Zibeydə Osmanovanı qəbula dəvət ediblər.

Qəbuldan sonra Z.Osmanova dedi ki, ərizə yazdı, həmin ərizədə də nəvəsinin günahsız olduğunu qeyd edib: “Mənim ombudsmandan yeganə xahişim odur ki, həqiqətin yanında olsunlar və mənim nəvəmə yardım etsinlər. Nəvəm Bəhruz Vətənə xəyanət etməyib, o ancaq sülh istəyir”.

Məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətindən və Ombudsman Aparatından öyrənmək mümkün olmayıb.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az