[:az]Avropa İttifaqı Xarici Əlaqələr Xidməti Avropa məhkəməsinin bütün qərarlarının icrasını gözləyir[:]

tərəfindən Gozetci

[:az]Aprelin 23-də Azərbaycan Ali Məhkəməsi Respublika Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov və tanınmış hüquq müdafiəçisi və REAL İdarə Heyətinin üzvü Rəsul Cəfərova tam bəraət verib.

Bu qərar onların üzərindən əvvəlki ittihamları götürür və Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarlarının yerinə yetirilməsilə bağlı çoxdan gözlənilən addım hesab olunur.

Avropa İttifaqı Azərbaycanın öz beynəlxalq öhdəliklərini yerinə yetirəcəyini və Avropa İnsan Hüquqları Məhkəməsinin qalan qərarlarının icrasını davam etdirəcəyini gözləyir”, – Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin mətbuat xidmətinin bəyanatında bildirilir.

Avropa İttifaqı Azərbaycanda demokratiya və insan hüquqları kimi fundamental məsələlərin həlli üçün Azərbaycanla əməkdaşlığı və dialoqu davam etdirəcək. Bu, koronavirus pandemiyası kontekstində xüsusilə vacibdir.

Bütün ölkələr pandemiyaya qarşı mübarizə üçün tətbiq olunan fövqəladə tədbirlərin zəruri, mütənasib və müvəqqəti olmaqla məhdudlaşdırılmasını, müntəzəm nəzarətə götürülməsini təmin etməlidir, qanunun aliliyi, demokratiya və əsas azadlıqlar prinsiplərinə hörmətlə yanaşmalıdır,- bəyanatda qeyd olunur.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az