[:az]Ruslan Əmirov saxlanıb[:]

tərəfindən Gozetci

[:az]Bugün, aprelin 9-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Ruslan Əmirovu polisin saxladığı deyilir. Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, R.Əmirovu tibb mərkəzlərinin birinin yanında saxlayıblar: “Uşağı həkimə aparıb. Elə uşağının yanında saxlayıblar. Uşağı qohumu yanına, Ruslanın özünü isə polis bölməsinə aparıblar”.

Partiyadan R.Əmirlinin saxlanılmasını onun siyasi fəaliyyəti ilə əlaqələndirirlər.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev isə “Turan” agentliyinə söyləyib ki, bu deyilənlər barədə heç bir məlumata malik deyil.

Elə bugün, AXCP-nin başqa bir fəalı – Faiq Əmirlinin də İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 30 sutka inzibati həbs edildiyi bildirilib.

Partiyadan hesab edirlər ki, hakimiyyət koronavirusla bağlı karantin rejimindən müxalif insanları cəzalandırmaq üçün istifadə edir. Rəsmilər isə bu ittihamı qəbul etmirlər.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az