[:az]Prezident 176 məhbusu azad etdi[:]

tərəfindən Gozetci

[:az]Prezident İlham Əliyev bugün, aprelin 6-da məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam verib.

Sənəddə yazılıb ki, dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına, səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılıb.

Qeyd edilib ki, dövlət başçısı bu sərəncamı məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalayıb.

Bu qərarla 176 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Əfv sərəncamı ictimaiyyətin tanıdığı bəzi simalara da şamil edilib. Onlardan biri ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, general-mayor Akif Çovdarovdur.

O, 1952-ci ildə anadan olub.

A.Çovdarov 2015-ci ildə həbs edilmişdi. 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası almışdı.

O, mənimsəmə, vəzifə səlahiyyətindən sui-istifadə və bir sıra başqa cinayətlərdə ittiham edilib.

Əfv olunanlar arasında ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin yüksəkçinli rəhbərlərindən Sübahir Qurbanov və hüquq müdafiəçilərinin siyasi məhbus saydığı bir neçə şəxs də var.

İki “siyasi məhbus” azadlığa buraxılıb

Aprelin 6-da prezident İlham Əliyevin əfv sərəncamı ilə hüquq müdafiəçilərin siyasi məhbus kimi tanıdığı iki nəfərin də azadlığa buraxıldığı bildirilir.

Bunlar Eldar Binyədov və Fəramiz Abbasovdur.

E.Binyadov Nardaran hadisələri zamanı (2015-ci il 26 noyabr) həbs olunaraq 12 il 6 ay azadlıqdan məhrum edilib. 7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Binyadovun uzun zamandır hipertoniya və diabet xəstəliyindən əziyyət çəkdiyi deyilirdi. O, hakimiyyət nümayəndələrinə müqavimət və başqa ağır cinayətlərdə ittiham edilib. Amma ittihamları əsassız sayıb.

İkinci şəxs isə Azərbaycan İslam Partiyasının üzvü F.Abbasovdur. O isə 2011-ci il yanvarın 25-də Masallı rayonunda həbs edilib. 2012-ci ildə 11 il azadlıqdan məhrum edilib. Qanunsuz silah saxlamaq və başqa cinayətlərdə ittiham olunan F.Abbasov da ittihamları əsassız hesab edirdi.

Yerli hüquq müdafiəçilərinin hazırladığı siyahılara görə, ölkə həbsxanalarında hazırda 100-dən çox siyasi məhbus var. Hərçənd, rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az