[:az]“Insan Hüquqları Evləri” şəbəkəsinin Dövlət qurumlarının qlobal Covid-19 böhranı ilə mübarizə addımları ilə bağlı Bəyanatı [:]

tərəfindən Gozetci

[:az]Insan hüquqları evləri şəbəkəsi qərbi və şərqi Avropada, qərbi Balkan və Qafqaz regionları ölkələrində dövlət orqanlarının Covid-19 infeksiyası ilə bağlı son addımlarından narahatlığını bildirir. Covid-19 infeksiyasının yayılması və ölüm halların artımı ilə mübarizə məqsədilə atılan bu addımlar ölkələrin insan hüquqlarına, vətəndaşların haqlarına olan bağlılığına dair suallara səbəb olur.  Bu sənədə imza atanlar bütün ölkələri bu həssas periodda qərar vermə prosesində insan-mərkəzli yanaşmanı əsas tutmağa, müdafiəsiz və marjinallaşmış qrupları qorunmasını təmin etməyə, infeksiya ilə əlaqədar qəbul edilmiş qərarların vaxtında ləğvinə və insan hüquqları müdafiəçilərinə yönəlmiş bütün hücumları dərhal dayandırmağa çağırır.

Əksər ölkələrin virusla əlaqədar atdığı addımlar bir neçə ay öncə tətbiqi mümkünsüz görünərdi. Hökumətlər virusla bağlı yanlış informasiyaların yayılmasının qarşısını almaq üçün ifadə azadlığına məhdudiyyətlər gətirirlər. Eyni zamanda virusun geniş vüsət almasını önləmək üçün vətəndaşlar arasında sosial məsafəni qorumaq adına toplaşmaq və birləşmək azadlıqları da limitlənir. Belə olduqda insan hüquqları müdafiəçilərinin bağlı orqanların fəaliyyətini monitorinq etmək və müdafiəsiz qrupları qorumaq imkanları əhəmiyyətli dərəcədə azalmış olur. Ümumiyyətlə bu faəliyyətlərinə görə isə bəziləri  hökumətlərin onları ölkənin düşməni kimi təqdim etməsindən əziyyət çəkirlər. Bir çox hökumətlərin virusla mübarizədə daha da irəliləmək üçün fövqəladə güclərdən istifadə etməyə çalışması da müasir tarixdə misli görünməmiş hadisədir.

Indiki şəraitdə hökumətlər virusla mübarizədə cəld və qətiyyətli addımlar ataraq virusun və onun əhali üzərində təsirlərinin qarşısını almaq üçün əhəmiyyətli dərəcədə sərbəstlik əldə ediblər. Buna baxmayaraq, hökumətlər müvafiq zəruri addımları atan zaman Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarının bu həftə etdiyi xatırlatmanı da eyni dərəcədə əhəmiyyətlə nəzərə almalıdırlar; ‘Beynəlxalq Insan hüquqları hüququnun tələblərinə əsasən, fövqəladə qanunvericilik və tədbirlər müvəqqəti xarakterli olmalı, yalnız konkret situasiyanı həll etmək üçün hesablanmalı və müvafiq müdafiə mexanizmləri ilə müşayiət olunmalıdır. Qərarlar qanunverici orqanlar və məhkəmə tərəfindən ciddi dəyərləndirmələrə açıq olmalıdır’. Fövqəladə tədbirlər işgəncə və pis rəftar kimi mütləq hüquqların pozulmasına əsas ola bilməz. Fövqəladə vəziyyət elan edən zaman dövlət orqanları müvafiq beynəlxalq təşkilatlara hansı hüquqlara və hansı əsaslarla məhdudiyyət gətirildiyini bildirməlidilər. Fövqəladə vəziyyət yekunlaşdıqda isə bununla da bağlı məlumatlandırma yer almalıdır.

Tarix bizə xatırladır ki, adətən, fəlakətlərə reaksiya verən zaman “lazım olandan artığını əldə etmək” meylləri yaranır. Qanunvericilik çox ümumi alınır, hüquqlar zəruri dərəcədən artıq limitlənir. Təhlükə sovuşduqdan uzun müddət sonra belə hökumətlər fövqəladə güclərini saxlayırlar.  Tarix bizə onu da xatırladır ki, fəlakətlər, uzun vədədə eyni dərəcədə fəlakətli nəticələrə səbəb olan siyasi fürsətcilliyə bəhanə kimi gətirilə bilir.

Beləliklə, İnsan Haqları Evləri şəbəkəsi dövlət orqanlarını açıq və şəffaf qaydada hərəkət etməyə, insanları Covid-19 virusu ilə mübarizəyə dair vaxtlı-vaxtında məlumatlandırmağa, kobud insan hüquqları pozuntularını dərhal dayandırmağa, fövqəladə tədbir və qanunlara zaman məhdudiyyəti qoymağa, bu tədbirlərin qanunvericilik və məhkəmə səviyyəsində ciddi dəyərləndirilməsi imkanlarını və müvafiq müdafiə mexanizmlərini təmin etməyə və atılan addımları Covid-19 böhranını həll etməklə limitləməyə çağırır.  Biz virusun yayılma dərəcəsini və virusla bağlı ölüm hallarını azaltmağı hədəfləyən addımları dəstəkləməyə davam edirik. Ancaq, eyni zamanda, biz zəruri həddi aşan hökumətlərin hərəkətlərini sənədləşdirəcək və onları hesabatlılığa vadar edəcəyik. Biz, vətəndaş cəmiyyəti təşkilatları olaraq, aidiyyatı qurumların beynəlxalq öhdəlikləri qarşısında məsuliyyətli olmalarına və fövqəladə vəziyyətin təmin etdiyi gücdən sui-istidadənin qarşısını almağa çalışacağıq.

 

  • Baris Zvozskau adına Belarus İnsan Haqları Evi, imzalayan üzv təşkilatlar:

o “Hüquqi Təşəbbüs”

 

  • Chernihiv Maarifçi İnsan Haqları Evi, imzalayan üzv təşkilatlar:

o “NGO MART”

o “AHALAR” İnsancıl Texnologiyalar Mərkəzi

o “ZMINA” İnsan Hüquqları Mərkəzi

o “UMDPL”, Ukrayna Hüquq-Mühafizə Orqanları üzrə İnsan Hüquqları Monitorları Asossasiyası

o “Moloda Prosvita”, İvano-Frankivsk Regional Təşkilatı

o “East-SOS” Xeyriyyə Fondu

o “Chernihiv” İnsan Hüquqlarının Müdafiəsi üzrə İctimai Komitə

o “Post Up”

o Helsinki İnsan Hüquqları Birliyi, Ukrayna

o “Almenda” vətəndaş maarifçiliyi mərkəzi

 

  • Azərbaycan İnsan Haqları Evi, imzalayan üzv təşkilatlar:

o Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi

o Hüquq Maarifçiliyi Cəmiyyəti

o Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti

 

  • Belqrad İnsan Haqları Evi, imzalayan üzv təşkilatlar:

o Belqrad İnsan Hüquqları Mərkəzi

o “Vətəndaş Təşəbbüsləri”

o İnsan Hüquqları üzrə Helsinki komitəsi, Serbiya

o YUCOM – insan hüquqları üzrə hüquqşünasların komitəsi

o “Siyasət Mərkəzi”

 

  • Bergen İnsan Hüquqları Evi, imzalayan üzv təşkilatlar:

o “Rafto” İnsan Haqları Fondu

 

  • Zaqreb İnsan Hüquqları Evi, imzalayan üzv təşkilatlar:

o “B.a.B.e. – Aktiv ol, Azad ol”

o “Sülh Araşdırmaları Mərkəzi”

o “CROSOL” – Beynəlxalq Vətəndaşların Həmrəyliyi üzrə Xorvatiya Platformu

o “Xorvatiya Gənclər Şəbəkəsi”

o “Documenta” – Keçmişlə Mücadilə Mərkəzi

 

  • Yerevan İnsan Hüquqları Evi, imzalayan üzv təşkilatlar:

o “Çəhrayı Ermənistan“

o  “Qadınların Resurs Mərkəzi”, Ermənistan

o “Socioscope”

o “Real Dünya, Real İnsanlar”

o “PEN International”

 

Digər imzaçılar:

  • Voronej İnsan Hüquqları Evi
  • “Centre d’initiative du Caucase” – Rusiya, İnsan Hüquqları üzrə tədqiqat mərkəzinin üzvü
  • Kazan İnsan Hüquqları Evi
  • Helsinki İnsan Hüquqları Fondu
  • “Sintem”

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az