[:az]Avropa Məhkəməsi oktyabrın 31-də Azərbvaycanla bağlı 2 qərarını açıqlayıb[:]

tərəfindən Gozetci

[:az]Qərarlardan biri Naxçıvandan olan tənqidçi jurnalist Həkimeldosu Mehdiyevin şikayəti əsasında qəbul edilib. Mehdiyev 2011-ci ildə Naxçıvanda, Şərur rayonunda elektrik enerjisindən qanunsuz istifadə etməkdə (Cinayət Məcəlləsi, maddə 189-1.1, “elektrik enerjisindən qeyri-qanuni istifadə) günahlandırılmış, 1000 AZN cəzalandırılmışdı. Mehdiyev AİHM qarşısında iddia edirdi ki, bu işdə onun ədalətli məhkəmə araşdırması hüququ pozulub.

Avropa Məhkəməsi jurnalistin iddia etdiyi pozuntunu (Maddə 6.1) tanıyıb. Qərara görə, hökumət jurnalistə 2 min avro ödəməlidir.

Məhkəməyə qədər həbsin qanunsuzluğu ilə bağlı

Digər qərar Həmzəli Məmmədquliyevin ərizəsi əsasında çıxarılıb.

Ərizəçi AİHM-də məhkəməyəqədər həbsin qanunsulzuğunu mübahisə edirdi. Kommunikasiya zamanı hökumət pozuntunu etiraf etdiyindən, tərəflər dostca anlaşıblar. Anlaşmaya görə, hökumət Məmmədquliyevə 3500 avro ödəməlidir.

Bu barədə hüquqşunas Xalid Ağali özünün facebook hesabında məlumat paylaşıb[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az