[:az]Şəkidə AXCP üzvlərinə təzyiqlər edilir[:]

tərəfindən Gozetci

[:az]Şəki polisi 2 noyabr mitinqi ilə bağlı AXCP üzvlərinə təzyiqlər edir.

Gözətçinin məlumatına görə bu gün səhər 11:00 radələrində AXCP Ali məclisinin üzvü Əli Abdullayev evindən həbs olunaraq polis şöbəsinə aparılıb.

Bundan başqa AXCP Şəki şöbəsinin sədri Mübariz Abdulkərimov  və AXCP Şəki şöbəsinin üzvü Məmməd Balammədova zəng olunaraq polis şöbəsinə gəlmələri bildirilib. Hal hazırda hər üç fəal polis şöbəsindədir.

Xatırladaq ki, Milli Şura 2 noyabr tarixində 28 may metro stansiyasının çıxışında növbəti mitinq keçirtmək qərarı verib. Bakı Şəhər İcra Hakimiyyəti isə buna münasibət bildirərək mitinqin Lökbatan qəsəbəsi, 28 may küçəsi “Neftçi İdman Klubu”nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verib.

Milli Şura isə BŞİH-nin qərarı ilə razılaşmayıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az