[:az]Daha bir cəbhəçinin həbs cəzası artırıldı[:]

tərəfindən Gozetci

[:az]AXCP Gənclər Komitəsinin həbsdə olan üzvü Nicat Nizamovun cəzası artırılıb. Oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayev qərar çıxarıb.

Bu qərar Suraxanı Rayon Polis İdarəsinin rəisi Namiq Həsənovun apellyasiya şikayəti əsasında verilib. Polis rəisi şikayətində yazıb ki, Suraxanı Rayon Məhkəməsinin 15 oktyabrda Namiq Nizamova təyin etdiyi 15 günlük inzibati həbs cəzası yüngül cəzadır və sərtləşdirilməlidir.

Namiq Nizamov isə bildirib ki, bu şikayətin əsl səbəbi Milli Şuranın 2 noyabra təyin etdiyi mitinqdir. Onun sözlərinə görə, 15 günlük cəzası oktyabrın 30-da (sabah-red.) başa çatacaqdı:

“Məqsəd mənim mitinqdə iştirakıma imkan verməməkdir”.

Vəkili Cavad Cavadov bildirib ki, polis rəisinin məhkəmənin verdiyi cəzaya qarışmaq səlahiyyəti yoxdur:

“Sağ olsunlar, bizi təəccübləndirməyi bacardılar. Bu məhkəmədən yarım saat əvvəl elə bu binadakı başqa zalda Nicat Nizamovun üzv olduğu partiyanın daha bir funksionerilə bağlı oxşar şikayətə baxıldı və cəzası artırıldı. Tələsik məhkəmənin təyin olunması, iş vaxtı başa çatsa da, prosesin keçirilməsi göstərir ki, bunlar təsadüf deyil”.

Namiq Nizamov İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə təqsirli bilinib.

Cavad Cavadov AzadlıqRadiosuna bildirib ki, bu məsələ ilə əlaqədar Avropa Məhkəməsinə şikayət göndəriləcək.

Oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin müavini Seymur Həzinin də cəzası dəyişdirilib və 15 gündən 30 günə çatdırılıb.

AzadlıqRadiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az